Fotoalbom

Borcunu qaytar görüm

Niyə donub qalmısan?
Buyur, çıxıb getsənə!
Elə indicə, bu an,
Get deyirəm, get sənə!
Qalmağın bahar deyil,
Getməyin də qış olsun!
Elə get ki, izin də,
Burda qalmamış olsun!

Ver bütün borclarını,
Haqlar boğmasın səni!
Tanrıya da tapşır ki,
Daha doğmasın səni!

Unut ömrün boyunca,
Yaşadığın illəri!
Mənə sevgi borcun var,
Onu da qaytar geri!

Anana süd borcunu
Tanrıya can borcunu!
İndi məhkumlar kimi,
Arsızca dan borcunu!

Mənə qarğıma hədər,
Nə gəlir ki, əlimdən!
Duanla yaranmadım,
Qarğışınla ölüm mən!

Nədir ki, qəbahətim,
Mənə “nankor” demisən!
Gözümə baxa-baxa
Sən haqqımı yemisən!

Daha xəcil eyləmə,
Özünü yazıq gülüm!
Sən hamıya borclusan,
Borcunu qaytar görüm!!!

Hiç yorum yok:

Yorum Gönder