Bilirsən, çətin olur
 Həkimlərin yazısı...
 Onda sənə can verən
 Neçə-neçə dərman var!Oxuyub anlamırsan
 Bir cümləni, bir sözü,
 Amma ona möhtacsan.
 Möhtacsan damar-damar!
 Mənim sevgim də elə
 O yazıya bənzəyir!
 Neçə dil topuq vurur,
 Neçə söz kəkələyir!
 Məni oxuya bilsən
 Sənə məlhəm olaram!
 Hər dərdini çəkərəm,
 Hər qayğına qalaram!
 Canına can qataram,
 Qollarında yataram...
 Sərib ümidlərimi
 Ayağının altına,
 Gözlərəm gizli-gizli...
 Bilirəm bu yazını
 Oxumaq da qəlizdi!
 Amma oxuya bilsən,
 Məndə sənin qəlbinə
 Sevgi dolu dərman var!
 Sən də mənə möhtacsan,
 Möhtacsan damar-damar!
Hiç yorum yok:
Yorum Gönder