Fotoalbom

Unutmaq öyrət mənə

Gəl, görüşək bir daha
Köhnə tanışlar kimi.
Bu qədər soyuq olma,
Ürəyi daşlar kimi!
Soruşan olsa məni
De ki: - uzaq tanışdır.
Köhnə xatirələrdən
Çərənnədi, danışdı.

Arada neçə ilin,
Unudulmaz haqqı var.
O haqqı-say xətrinə,
Gəl, görüşək nə olar?

Elə darıxmışam ki,
Bu həsrət didir məni!
Sənsizliyin ağrısı,
Yaman incidir məni!

Təzədən sevmək çətin,
Hər şeyi silmək olmaz!
Ömür bircə dəfədir,
Bir daha gəlmək olmaz!

Bağışla məni, gülüm,
Səni mələkmi sandım?
Sən haqdan utanmadın,
Mən özümdən utandım!

Çətindir bu ayrılıq,
Ağırdır həsrət mənə!
Sən necə unudursan?
Unutmaq öyrət mənə!

Hiç yorum yok:

Yorum Gönder