Səninçün yazıram şeirlərimi
 Bülbül nəğmə deyər çiçək eşqindən!
 Çiçəyi saralmış bir bülbül kimi,
 Sənsiz neyləyirəm şeirləri mən?
Yazdığım hər sözdə, cümlədə varsan,
 Oxu hər şeirimi sən sətir-sətir!
 Sallanıb şeirimin qanadlarından,
 Özünü bu axşam yanıma gətir!
Gəl sarıl boynuma məhəbbətinlə,
 Üzünə söyləyim o şeirləri!
 Məni xoşbəxt elə səadətinlə,
 Ümidim ölməyib gedəndən bəri!
 Öpüm o əlləri, o dodaqları,
 Açım qəlbimdəki o sirləri mən!?
 Sənsiz darıxmasın şeirim barı...
 Sənsiz neyləyirəm şeirləri mən!?
Hiç yorum yok:
Yorum Gönder