Axır asta-asta dənəvərlərin!
Möhlətin bitəndə mənim başımı
Özün kəsəcəksən, varmı xəbərin?
Kimdir bu sevgiyə şahid, İlahi!?
Sevən sevdiyinə cəllad olurmuş!
Bir ovuc quma da oyuncaq olub,
Sevdiyin insan da saat olurmuş!
Sən özün qum kimi ax o deşikdən,
Mənim ürəyimdə qan fantanı var!
Sən tök öz qumunu, bitir, tez, bitir,
Qanım səpiləndə səni də yuyuar!
Açıllar yolların qapalı baxtı,
Axıb gedəcəkdir hər səhv, hər günah!
Sən qumsan, mən də qan – deyirəm indi
Qoy bizdən bir palçıq yoğrusun Allah!
Axıb gedəcəkdir hər səhv, hər günah!
Sən qumsan, mən də qan – deyirəm indi
Qoy bizdən bir palçıq yoğrusun Allah!
Hiç yorum yok:
Yorum Gönder