Gəl gedək addım-addım
Gəzək planetləri,
Bu dünyada buraxaq
Qəmləri, möhnətləri!
Gəl, sevişək bu gecə
Unudaq həsrətləri,
Amma bu dünyada yox,
Gedək Marsda sevişək!
Gəl, günaha batıraq
Elə mələkləri də,
Bizə həsəd aparsın
Səmanın ülkəri də!
Sənə susayıb, gülüm,
Ruh da, can da, dəri də!
Soyunmağa yox dözüm,
Bu libasda sevişək!
Həyat rənglidir orda –
Günəş sarı, bulud ağ!
Bu qaranlıq dünyanı,
Biz əbədi unudaq!
Qoruyub eşqimizi
Göylərdə qərar tutaq!
Sənə doya bilmirəm,
Gəl biraz da sevişək!
O əngin fəzalara
Yağış olsun tərimiz!
Səma yatağımızdır
Neyləyirik yeri biz?
Orda sonsuz olacaq
Vüsallı günlərimiz,
Göylərdə biz ən böyük
Ehtirasla sevişək!
Hiç yorum yok:
Yorum Gönder